Növbəti tədris ilindən etibarən ADA Universiteti “Pedaqogika” üzrə yeni magistr proqramı açacaq.
Tehsil-press.az xəbər verir ki, bu haqda Universitetin tədris işləri üzrə prorektoru Vəfa Kazdal proqramın dekabrın 16-da keçirilən açılış mərasimində məlumat verib.
Qeyd edək ki, bu ixtisas üzrə tədris proqramı ADA üçün yenilik deyil. Son iki il ərzində ADA Universiteti və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Tədbiqi Pedaqogika” üzrə sertifikat proqramını birgə həyata keçirirdi. Sertifikat proqramına olan yüksək maraq və tələbatı nəzərə alaraq ADA bu ixtisas üzrə magistr təhsili təklif etmək qərarına gəlib.
Magistr proqramının məqsədi hazırda orta məktəblərdə və ali təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin peşəkar bacarıqlarının artırılması və yeni nəsil məktəb müəllimlərinin hazırlanmasıdır. Təhsil işçilərinin cədvəlinə uyğun olmaq üçün magistr proqramı axşam saatlarında keçirilən dərslərdə tədris ediləcək. Təhsil ingilis dilindədir. Tələbələr iki il ərzində üzərində işlədikləri tapşırıqlar və elmi işlərini daha sonra öz sahələrində - orta və ya ali təhsildə əyani vəsait kimi istifadə edə biləcəklər.
Prorektor Vəfa Kazdal bildirib: “ADA Universitetinin Təhsil İnstitutu son dörd illik fəaliyyətində dünya standartlarına uyğun müasir təhsilin tədrisi üzrə kifayət qədər təcrübə toplayıb. Bu mənada, bizim əsas akademik tərəfdaşlarımız arasında ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti və Miçiqan Dövlət Universitetini qeyd etmək istəyirəm. Yeni açdığımız “Pedaqogika” üzrə magistr proqramında dərs deyən professorlarımız doktorantura təhsillərini məhz bu ali məktəblərdə alan, həmçinin Azərbaycan təhsilində sözünü deyən təcrübəli alimlərdir. Əminəm ki, yeni magistr proqramı ölkədə sürətlənən təhsil islahatlarına da öz dəyərli töhfəsini verəcək.”
ADA Universitetində “Pedaqogika” üzrə yeni magistr proqramına sənəd qəbulu 2020-ci ilin aprelin 5-nə qədər davam edəcək. Qəbul prosesində DİM Magistr imtahanının birinci mərhələsindən ən azı 45 bal, İELTS ingilis dili imtahanından isə ən azı 6.5 bal toplayan namizədlərə üstünlük veriləcək.
Tehsil-press.az