Putinə sual vermək üçün bu cür diqqət çəkdilər

Putinə sual vermək üçün bu cür diqqət çəkdilər Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransı keçirib. Dövlət başçısı 4 saat 18 dəqiqə jurnalistlərlə ünsiyyətdə olub, onların suallarını cavablandırıb. Bu il tədbirə rekord sayda media işçisi – 1895 nəfər akkreditə olunub.
Hər il olduğu kimi dövlət başçısı və onun mətbuat katibi Dmitri Peskovun diqqətini cəlb etmək üçün konfrans iştirakçıları rəngarəng geyinib və müxtəlif yazı və şəkilli plakatlar hazırlayıb. Ötən illərdən fərqli olaraq, bu dəfə jurnalistləri kiçik ölçülü plakatlarla kifayətlənməyə çağırıblar. Bu addım onların həmkarlarının rahatsız olmaması məqsədi ilə atılıb.

Tehsil-press.az

Oxşar xəbərlər