Bəzi müəllimlər verilən əmək haqqı onları qane etmədiyinə görə repetitorluq fəaliyyətinə üz tuturlar. Lakin bir qisim müəllimlər müəyyən bir yer tutub bu fəaliyyətlə məşğul olmaqla yanaşı, vergidən yayınırlar.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, repetitorluq "kölgə təhsili" hesab edilir:
“Təkcə vergidən yayınma deyil, eyni zamanda repetitorların valideynlərin ödənişləri hesabına əldə etdiyi nəticələr məktəb müəllimlərinin və ümumilikdə təhsil sisteminin adına yazılır. Repetitorluğun bu qədər geniş yayılması bir çox hallarda valideynlərdən başqa, bütün tərəfləri - məktəbi, təhsil idarə etmə orqanlarını, ümumiyyətlə təhsil sistemini qane edir. Ona görə də repetitorluq bu qədər geniş yayılıb.
Ümumiyyətlə repetitorluq fəaliyyəti dünyanın bir çox ölkələrində var, lakin Azərbaycandakı kimi çox geniş yayılmayıb. Düşünürəm ki, repetitorluğu qanuniləşdirmək lazımdır. Yəni bu fəaliyyət növü üçün bir lisenziya verilməlidir. Kimlər ki, bununla məşğuldursa, həmin şəxsə əlavə lisenziya verilməlidir. Şəxslərin təbii ki, pedaqoji təhsili, bilikləri o cümlədən psixoloji və sağlımlıq durumu yoxlanılmalıdır.
Əlavə olaraq isə repetitorluqla məşğul olunan yerlərin xüsusi bir standartı müəyyən edilməldir. Orada sanitar-gigeynik normalara əməl edilməldir. Bəzən həmin müəllimlər 10-12 kvadratlıq, bəzən 20 kvadratlıq otağa 20-25 nəfəri doldurmaqla şagirdlərin sağlamlığını ziyan vurmuş olurlar”.
Ekspert bildirib ki, bir çox hallarda evlərdə və ya uyğun olmayan yerlərdə repetitorluğun keçirilməsi şagirdlərin təhlükəsizliyi üçün problem yarada bilir:
“Hətta burada cinsi zorakılıq və cinsi istismara məruz qalma hallarının olması da mümkündür. Bəzən bu kimi hal valideynlər tərəfindən ört-basdır edilir. Baxmayaraq ki, məktəbdə xırda bir hadisəni bəzi valideynlər böyüdüb sosial şəbəkələrdə ictimailləşdirir.
Ona görə də düşünürəm ki, bu fəaliyyəti lisenziyalaşdırmaq lazımdır. Təbii ki, bundan sonra da güzəştli vergi tətbiq edilməlidir. Bununla da insanlar bilməlidir ki, vergi vermək lazımdır.
Düşünürəm ki, repetitorluqla məşğul olanlara əvvəlki qaydada 4%-lik vergi tətbiq edilməsi daha uyğun olar. Kursların fəaliyyəti ilə də bağlı çox ciddi sanitar-gigeynik normaların gözlənilməsi şərtdir. Hazırda o qədər açılan kurslar var ki, onlara nəzarət edilmir".
Həmsöhbətimiz onu da vurğulayıb ki, ali məktəblərə qəbul olmaq bu dərəcədə çətin olmamalıdır:
“Ali təhsil müəssisələrində təhsil almağın məsuliyyəti və ağırlığı artırılmalıdır. Abituriyentlər nəyə görə repetitorlara üz tutublar? Çünki ümumi təhsil məktəblərində proqramlar, keçirilən dərslər, tədris materialları bu gün ali məktəbə üçün bal toplamağa bəs etmir.
Bunun nəticəsində də valideynlər ailə büdcəsindən illik ortalama 1500-4000 manata qədər əlavə vəsait xərcləməklə övladlarını repetitorlara qoymaq məcburiyyətində qalırlar. Bu da abituriyentlərin, gənclərin həddindən artıq yüklənməsinə səbəb olur. Onların ciddi psixoloji durumuna təsir edir.
Nəticə etibarı ilə qeyri-sağlam bir gənclik yetişir. Buna görə də ümumi təhsil məktəblərində qiymətləndirmə sistemi dəyişdirilməlidir. Şagirdlərin nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul müəyyən edilməlidir”.
Tehsil-press.az