Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan yanlış məlumata anında münasibət bildirməsi ictimaiyyətdə müsbət dəyərləndirilib. Nazirin sosial şəbəkələrdə öz sahəsi ilə bağlı informasiya axınını diqqətlə izləməsi, dezinformasiyanın qarşısını alması insanlar arasında təqdir edilib. Həmçinin digər nazirlər, məmur və deputatların da eyni addımı atmasının zəruri olduğu vurğulanıb.
Xarici ölkələrdə də dövlət rəsmilərinin, hətta hökumət başçılarının sosial şəbəkələrdə aktiv olduğu, yayılan informasiyalara anında reaksiya vermələri müşahidə olunur. Azərbaycanda isə X sosial şəbəkəsi üzərindən ən çox məlumat paylaşan, ölkəmizlə bağlı dezinformasiyalara reaksiya verən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyevdir.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Hazırda dünyada prezidentlər, nazirlər, baş nazirlər və s. X hesabı və başqa sosial şəbəkə hesabından proseslərə yön verir.
Azərbaycanda nazirlər, məmurlar və digər rəsmi şəxslərin bu şəkildə fəallığı öz sahələri, fəaliyyətləri üçün hansı üstünlükləri gətirə bilər?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, dövlət rəsmilərinin, ictimai siyasi və elm xadimlərinin, iş adamlarının X səhifəsindən və digər sosial platformalardan istifadəsi cəmiyyətə özünü təqdim etmək üçün ən mükəmməl vasitədir.
İqtisadçının sözlərinə görə, dövlət rəsmiləri təmsil etdikləri qurumun rəsmi səhifələrində şəxsi fikirlərini paylaşa bilməzlər:
“Bilirsiniz ki, ictimaiyyət üçün maraqlı olan məlumatların fərqli cavablandırılması formaları var. Məsələn, kütləvi informasiya vasitələrinin vəzifəli şəxsə ünvanladığı suala cavab vermək üçün həmin adam təmsil etdiyi təşkilatın mövqeyini ifadə etməlidir. Burada orqanın, təşkilatın yurisdiksiyasından, fəaliyyət istiqamətlərindən, habelə digər şəxslərin maraqlarından irəli gələn məsələlər yer alır. Ona görə də dövlət rəsmiləri təmsil etdikləri təşkilatın rəsmi internet səhifələrində şəxsi məlumatlarını və fikirlərini paylaşa bilməzlər. Bu səbəbdən də cavablar məhdud çərçivədə olur”.
Ekspert insanların qeyri-səmimi və rəsmi məlumat mübadiləsini o qədər də sevmədiklərini bildirib:
“Çünki bu daha çox avtoritar sistemin əlamətlərini özündə ehtiva edir və insanlar qeyri-ixtiyari olaraq bəzi baryerlər olmayan, cəmiyyət üçün açıq, səmimi olan münasibətlərə (informasiya mübadiləsinə) meylli olurlar. Təsadüfi deyil ki, hər bir kəs nüfuzlu şəxsi daha yaxından tanımaq, şəxsi parametrlərini, insani keyfiyyətlərini öyrənmək istəyir. Cəmiyyətə açıq olmaq, özünü olduğu kimi geniş ictimaiyyətə bütün parametrləri ilə təqdim etmək, ictimailəşmək, sosiallaşmaq ictimai tarazlığa, barışa, sülhə, humanitar prinsiplərə uyğundur. Bu həm də dövrün tələbidir, demokratiya mədəniyyətidir”.
Tehsil-press.az