Bütün innovativ yollar Holcim Azərbaycana aparır

Bütün innovativ yollar Holcim Azərbaycana aparır Yol infrastrukturunun inkişafı sahibkarlıq, turizm və iqtisadiyyat sahələrinin dirçəlişinə təkan verir. Belə ki, həm ölkə daxili, həm də beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikintisi ölkənin Avropa ilə Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Bu həm də gündəlik həyatımızın ayrılmaz bir hissəsidir. Çünki beynəlxalq statiskiya əsasən insan həyatının ən azı 43800 saatını yollarda keçir. Bu isə aya gedib qayıtmaq məsafəsinə bərabərdir.
Həm paytaxtda, həm də regionlarda inşa edilən müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir. Buna nail olmaq üçün tikinti norma və qaydalarına tam uyğun şəkildə aparılması ilə bərabər ərazinin və landşaftın xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən yol istifadəçilərinin istismar şərtlərini pozmaları və ya təbii fəlakətlər səbəblərindən yolların vaxtından tez sıradan çıxmasının şahidi oluruq. Buna misal olaraq bir neçə həftə öncə Bibiheybət məsçidi yaxınlığında torpaq sürüşməsi nəticəsində avtomobil yolunun istifadəyə yararsız vəziyyətə düşərək təmirə bağlanmasını göstərmək olar. Bu kimi xoşagəlməz hallardan sığortalanmaq üçün yolların təmiri və tikintisi zamanı müasir beynəlxalq təcrübələrdən və həll yollarından istifadə etmək məqsədə uyğundur.
Yolla bağlı bu kimi və ya digər məsələlər Tiflis şəhərində keçirilən Gürcüstan - Estoniya Yol Tikintisi Forumunda geniş müzakirə olunmuşdur. Həmin forumda Holcim Azərbaycanın nümayəndəsinin də dəvət olunması təsadüfi deyildi. Şirkətin Yol İnfrastrukturu üzrə Eksperti İlqar Abdullayevin qruntların möhkəmləndirilməsi üçün məhsulları, onların təyinatı və tədbiq sahələri barədə geniş təqdimatı böyük maraq doğurmuşdur və iştirakçılar tərəfindən yaranan suallar cavablandırmışdır.
Beynəlxalq tikinti təcrübəsinə malik olan LafargeHolcim şirkəti yolların dayanıqlığınının artırılması, istismar müddətinin uzadılması və eyni zamanda beynəlxalq normalara tam cavab verməsi üçün müasir innovativ həlləri işləyib hazırlamış və təcrübədən keçirmişdir. LafargeHolcim şirkətlər qrupunun bir hissəsi olan Holcim Azərbaycan ASC bu təcrübəyə əsaslanaraq ölkədə müxtəlif təyinatlı doldurucu və hidravlik yapışdırıcı məhsulların istehsalına başlamışdır. Dorosol, Doroport, Dorofil doldurucu və hidravlik yapışdırıcı məhsulları həm ölkə daxilində həm də regiona daxil olan ölkəkərin yol infrastrukturunun təkmilləşdirilməsində geniş tətbiq olunur. Hidravlik yapışdırıcılar qruntların xassələrini gücləndirərək yol geyimi laylarının qalınlıqlarının azaldılmasına və hətta bəzi layların tikintisinin ləğv edilməsinə səbəb olaraq ümumi yol en kəsiyinin optimallaşdırılması ilə nəticələnir. Bununlada tikintidə 40% dək zamana və 30% dək vəsaitə qənaət edilir.
Forum iştirakçılarına regionda ilk olaraq LafargeHolcim şirkətinin yeni hazırladığı və bu il Azərbaycanda tədbiqinə başlanacaq yol infrastrukturu sahəsinə əhəmiyyətli iqtisadi və texniki dəstək olan ORIS (Yolların Optimallaşdırılması üçün Məlumatlar Mənbəyi) rəqəmsal platforması barədə də məlumat verilmişdir. Bu platformanın tətbiqilə həmçinin Gürcüstandada əhəmiyyətli dərəcədə qənaətlərə nail olmaq və keyfiyyətin idarə olunmasında ciddi nəticələr əldə etmək olacaq. Forumda LafargeHolcim-in regionda tətbiq etdiyi həm innovativ və rəqəmsal həllər iştirakçılar tərəfindən çox müsbət qarşılandı.
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və inert materialların istehsalı sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Tehsil-press.az


Bütün innovativ yollar Holcim Azərbaycana aparır

Oxşar xəbərlər