Şəhidlərin xatirəsi əbədidir

Şəhidlərin xatirəsi əbədidir 70 illik tarixə malik olan Holcim-in Qaradağ Sement zavodu insanların yaddaşında keyfiyyətli sement istehsalçısı kimi həkk olmuşdur. Şirkətin fəaliyyəti dövründə bir çox şanlı və kədərli anlar olmuşdur. Şirkətin dəfələrlə əməyin mühafizəsi, istehsalat, sosial sahədə mükafatlar alması sevinc doğurur. Lakin şirkətin qəhrəman və mərd əməkdaşları barəsində bir çoxlarının məlumatı yoxdur. Beləki 1991-1993-cü illərdə Qarabağ Müharibəsi zamanı Qaradağ Sementin 40-a yaxın əməkdaşı müharibədə iştirak etmiş onlardan 7 əməkdaş vətənin müdafiəsi uğrunda şəhid olmuşdur. Onların xatirəsi zavod kollektivi üçün əzizdir və hər il olduğu kimi bu ildə Silahlı Qüvvələr Günü Holcim Azərbaycan şirkəti tərəfindən qeyd edildi. Veteran işçilər və şəhid ailələrinin üzvləri ilə görüşlər keçirilərək gənclərlə vətənpərvərlik sahəsində işlərin aparılması və s mövzular müzakirə olundu. Veteran işçilər şəhid olmuş əməkdaşlarla birgə xatirələrini və təəssüratlarını bölüşdülər. Sonda şirkətin əməkdaşları şəhid olmuş işçilər: Kazımov Telman, Cavadov Əliheydər, Əzizov Elçin, Soltanov Uğur, Fətullayev Bəxtiyar, Əşrəfov Azər, Vladimir Modinin xatirəsini əbədiləşdirən abidəni ziyarət etmişdirlər.
Şəhidlərin əziz xatirəsi həmişə əməkşalarımızın qəlbindədir və onların xatirəsi heç zaman unudulmayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
**********
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Mətbuat Xidməti


Şəhidlərin xatirəsi əbədidirŞəhidlərin xatirəsi əbədidirŞəhidlərin xatirəsi əbədidirŞəhidlərin xatirəsi əbədidirŞəhidlərin xatirəsi əbədidir



Oxşar xəbərlər