Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”nin ikinci poeması “Xosrov və Şirin” Şərqin ən böyük məhəbbət dastanlarından biridir. Bu əsər Nizamidən sonrakı Şərq və Qərb ədəbiyyatına çox ciddi təsir göstərib. Nizami bu əsəri o zaman Sasani şahı Xosrov Pərviz və Şirinin məhəbbəti ilə bağlı xalq arasında dolaşan əfsanə və rəvayətlər əsasında yazmışdı. Poemada istər Xosrovun, istərsə də Şirinin hökmdarlığı və aşiqliyi paralel xətt üzrə davam etdirilir və onların insani xüsusiyyətləri ibrətamiz əhvalatlar kontekstində üzə çıxır. Nizamidən sonra çoxlu sayda “Xosrov və Şirin”lər yazıldı. Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai və digər söz ustaları bu sevgi dastanını nəzmə çəkdilər. Onlar Nizami ənənələrini davam etdirməklə yanaşı, şairin didaktik nizamından kənara çıxa bilmədilər. XIV əsr Azərbaycan şairi Arif Ərdəbili də “Fərhadnamə” poemasını dahi Nizaminin “Xosrov və Şirin”inin təsiri ilə yazıb. Amma Arif Ərdəbilinin "Fərhadnamə"sində Xosrov da, Şirin də, Fərhad da tamamilə başqa xarakterə malik insanlar idilər.
Tehsil-press.az bununla bağlı Azərbaycan Universitinin Humanirtar fənlər fakültəsinin filologiya ixtisası üzrə ikinci kurs tələbəsi Şamama Əsədovanın məqaləsini təqdim edir.
Arif Ərdəbili Azərbaycan ədəbiyyatında Nizami ənənələrini özünəməxsus şəkildə davam etdirən ilk görkəmli sənətkarlardan biridir. XIV əsrdə ən tanınmış şair olan Arif Ərdəbilinin Nizami Gəncəviyə münasibəti, ondan təsirlənməsi mürəkkəb və ziddiyyətli bir səciyyə daşıyır. Hər şeydən əvvəl, demək lazımdır ki, Arif Ərdəbili bir çox mərsiyə və qəsidələr yazsa da, ona dünya şöhrəti gətirən “Xosrov və Şirin” mövzusunda yazdığı “Fərhadnamə” poeması olub. Poema iki hissədən ibarətdir: “Hekayəti-Fərhadü Gülüstan” və “ Hekayəti-Fərhadü Şirin”. Əsərin yeganə əlyazması Türkiyənin Ayasofya Kitabxanasındadır. Şair 1369-cu il sentyabrın 22-də “Fərhadnamə”nin birinci hissəsini, həmin il noyabrın 22-də ikinci hissəsini tamamlayıb. Poemanın birinci hissəsi Təbriz hökmdarı Bahadır xan Şeyx Üveys Cəlairiyə, ikinci hissəsi isə Şirvan şahı Hüşəngə ithaf olunub.
Qeyd edək ki, “Fərhadnamə” poeması haqqında ilk tədqiqat əsərini çex şərqşünası Herbert Duda yazıb. Azərbaycanda isə əsərin tədqiqi ilə H.Araslı, M.Quluzadə, Q. Beqdeli, R.Azadə, Q.Əliyev və başqaları məşğul olublar. Bu müəlliflər son vaxtlara qədər ancaq H.Dudaya əsaslanaraq “ Fərhadnamə”dən bəhs ediblər.
Arif Ərdəbili mövzu üzərində işləyərkən bir sıra qaynaqlardan bəhrələnib. Bunlardan üçünü xüsusi qeyd etmək istərdik. Müəllifin əsərin yazılmasının səbəbi haqqında verdiyi məlumatlardan aydın olur ki, həmin qaynaqlardan birincisi sənətkarın Şamaxıda olarkən özünü Fərhad övladlarından hesab edən bir nəfərdə gördüyü dəftərdir. Bu dəftərdə yazılanlara görə Fərhad tarixi şəxsiyyətdir. Onun nəslindən olanlar Şamaxıda və ətraf yerlərdə hələ də yaşamaqdadırlar. Fərhadın oğlanları və onun soyundan olanların içərisindən bir çox məharətli sənətkarlar, memarlar yetişib. Şamaxı və Bakıdakı bir sıra möhtəşəm tikintilər, məsələn, Şamaxıdakı Gülüstan və Axistan qalası, Bakıdakı suyun altında qalmış Bakı qalası, həmçinin Noşəhr qalası, Bakı qəbiristanlığındakı künbəd və s. onların yadigarıdır. Arif Ərdəbili bu abidələrdən onları öz gözləri ilə görmüş şəxs kimi danışır. Gülüstan qalası üzərindəki heykəlləri və nəqşləri təsvir edir.
Şair qeyd edir ki, özünü Fərhadın varislərindən sayan və cavan daşyonan olan həmin şəxs onda olan dəftəri qiymətli bir yadigar kimi mühafizə edir və tez-tez onu oxuyurdu. Söz yox ki, sənətkar da bu dəftərlə tanışdır və orada Nizaminin təsvir etdiyi “Fərhad hekayəti”ndən tamamilə fərqli bir hekayət var:
Birini o Fərhad oğlanlarından
Gördüm o diyarda, olsun anadan.
Cavan daşyonandı, ustaydı qadir,
Hünərdə, elmdə - hər şeydə mahir.
Ondan ta o məşhur dağçapanacan
Bütün nəsilləri olmuş daşyonan.
İstə məst, istərsə sərxoş olanda
Bir kitab olardı həmişə onda.
Fərhaddan çox sözlər deyilmiş orda,
Sevdi Gülüstanı o necə, harda!
Şirin hekayəsi vardır sərasər,
Nizami deyəndən bir ayrı təhər.
Deyilmiş Fərhadın həyatı nə var,
Nəsli, oğlanları necə oldular.
Hər biri işində böyük ad alıb,
Həm də hər birindən yadigar qalıb. (2. səh 265).
Arif Ərdəbilinin bəhrələndiyi ikinci qaynaq xalq ədəbiyyatıdır. Yalnız XIV yüzillikdə deyil, hələ XI-XII əsrlərdə də xalq arasında Fərhadla bağlı bir sıra rəvayətlər dolaşmaqda idi. XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ında bir neçə yerdə Fərhadın adını çəkməsi və onunla əlaqəli rəvayətlərə işarə etməsi təsadüfi deyildi. Nizami Gəncəvi də “Xosrov və Şirin”i yazarkən folklor materiallarından kifayət qədər faydalanmışdı. Arifin də mövzu ilə bağlı bu mötəbər mənbəyə üz tutması təbii idi.
“Fərhadnamə” müəllifinin yararlandığı üçüncü qaynaq, heç şübhəsiz ki, Nizaminin yaradıcılığı idi. Arif Ərdəbili rastlaşdığı “Fərhad hekayəti”nin nə qədər Nizamidə olan “Fərhad hekayəti”ndən fərqləndiyini söyləsə də, onun süjetindən və qəhrəmanlarının xarakter və əməllərindən uzaqlaşmağa çalışsa da, o, Nizami ənənəsindən kənara çıxa bilməyib və sələfinin açdığı yolla getməli olub. Bütövlükdə Nizami yaradıcılığının və xüsusilə şairin “Xosrov və Şirin” poemasının “Fərhadnamə”yə təsiri danılmazdır.
Arif Ərdəbilinin poeması məhəbbət mövzusunda olsa da, sənətkar orta əsrlər Şərq ədəbiyyatındakı ənənədən kənara çıxaraq öz əsərini cüt aşiq və məşuqun adı ilə yox, yalnız baş qəhrəmanın adı ilə “Fərhadnamə” adlandırıb. Dəftərdən hekayəni oxuyan və onun gözəlliyinə heyran qalan müəllif dağçapanı sözlə yenidən diriltmək istədiyini söyləyib:
Oxudum dəftərdən bu əfsanəni,
Etdi gözəllikdə o heyran məni.
Şeirin binasını təzələdim mən,
Dağçapan dirildi sözlə təzədən.
Söz axdı su kimi bunu deyəndə,
“Fərhadnamə” qoydum adını mən də.
Vardır bu kitabda hər cür söz, söhbət.
Əlinə alanda eyləmə qəflət. (2. səh 265-266).
Poemanın məzmunu, süjeti dəqiq düşünülmüş, sənətkarlıq baxımından yüksək səviyyədə işlənmişdir. Poema insanın nəcib duyğularını, əməyi, məhəbbəti, gözəlliyi, həyat eşqini realist bir tərzdə təsvir və əks etdirən ən yaxşı əsərlərdən biri kimi diqqəti cəlb edir. Onun əsasını belə bir ideya təşkil edir ki, kim həyatda nə iş tutsa, onun cəzasını, yaxud mükafatını almalıdır. Arifin əsərinin yaxşı cəhətlərindən biri odur ki, həyatı və insanları birtərəfli göstərmir.
“Fərhadnamə”nin əsas qəhrəmanı Fərhaddır. Arifin Fərhadı Nizaminin eyniadlı qəhrəmanından xeyli fərqlidir. Onun əsas ideal, romantik səciyyəsini Arif Ərdəbili kənara atıb. Burada Fərhad nakam deyildir. O, idealın faciəsini əks etdirir. Fərhad bir çox insanı keyfiyyətləri ilə yanaşı, bəzi qüsurlardan da azad deyildir. Onun ölümü də Nizaminin Fərhadının ölümü qədər təəssüf doğurmur. Feodal qayda-qanunlarına, hakim təbəqələrin eybəcər təbiətinə, orta əsr şərinə qarşı güclü nifrət oyatmır. O, başqalarını öldürdüyü kimi, onu da öldürürlər. Cinayətinin cəzasını verirlər. Rumlu qadın Bisütunu çapmaqla məşğul olan Fərhadın suyuna gizlincə zəhər qatıb onu zəhərləyir, oğlunun intiqamını alır. Nizaminin yüksək romantik idealı, insanın gözəlliyinə, qüdrətinə dərin inamı Arif Ərdəbili və onun qəhrəmanına yaddır. Arifin Fərhadında bir sıra təqdirəlayiq cəhətlər vardır. O, gözəl nəqqaşdır, hökmdar oğlu olmasına baxmayaraq, adi bir sənət adamı kimi nəqqaşlıq sənətinin sirlərini öyrənmiş, bu sahədə böyük ad qazanmışdır. Çində nəqqaşlar nigarxananı bəzəməyə başlayarkən baş nəqqaş onları xəbərdar edir ki, ehtiyatlı olsunlar. Fərhadın mahir nəqqaş olduğunu, yüksək zövqünü xatırladır, onları daha səliqəli işləməyə çağırır. Bu cəhət ona Abxaziyada olduğu vaxt çox kömək edir. Fərhad hökmdar oğlu olmasına baxmayaraq, zəhmətdən qaçmır. Məqsədinə çatmaq üçün daşyonan ustadın qoyduğu şərti tez bir zamanda yerinə yetirib, rəqiblərini arxada buraxır. O, daş yonmaq, ev tikmək, tağ ucaltmaq, evi divar rəsmləri ilə bəzəmək işində böyük iradə və məharət nümayiş etdirir.
Fərhad adi insani bir sevgi ilə sevən insan kimi diqqəti cəlb edir. Hələ Çində olarkən şəklini gördüyü Gülüstana çatmaq üçün o hər cür zəhmətə, əzaba razı olur. Arzusuna çatmaq üçün böyük əzm və iradə göstərir. Gülüstan öləndə onun üçün uzun müddət yas saxlayır. Onun məzarı üstündə günbəd tikib orada mücavirlik edir. Rahiblər kimi dünya nemətlərindən əl üzür, rahiblərsayağı bir həyat sürür. Lakin o, Nizaminin Fərhadı kimi sevmir. O, sevgi yolunda özünü həlak edən qəhrəmanlardan deyil. O, sevgiyə Arifin özü kimi yanaşır. Gülüstanın ölümündən sonra tədricən Şirinə bağlanır, indi də onun eşqi ilə yaşayır. Gizli işrətlərlə məşğul olur. Onun Şirinlə olan sevgisində təmizlik, saflıq axtarmaq mümkün deyil. Düzdür, həyatda bu cür sevgi də var. Lakin belə bir sevginin təsviri ibrətləndirmir, öyrətmir, insanı ucalığa çağırmır. Adiliyə, heyvani duyğulara aludəçiliyə bəraət qazandırır, onu vəsf edir.
Fərhadın Gülüstanla olan sevgi macərası daha təmiz və ülvi səciyyə daşıyırdı. Bu sevgidə sədaqət, həyatilik, yüksək insani cizgilər var idi. Fərhad Gülüstana özünün ən yüksək idealı kimi can atır və ona qovuşmaq üçün qəhrəmanlıq göstərirdi. O, Gülüstanla rəsmi şəkildə evlənir. Onun Şirinlə olan münasibəti belə yüksək keyfiyyətlərdən məhrumdur. Şirin Xosrovun nişanlısı ola-ola Fərhad gizli şəkildə onunla görüşür, eyş-işrətlə məşğul olur. Gizli eşq macəralarının üstü açılmasın deyə, Xosrovun nəzarətçisi kimi göndərdiyi Gərayı öldürür, rumlu gənci öldürən Fərhada bəraət qazandırmaq mümkün idi. Çünki o, Fərhadı xəncərlə vurmuşdu, öldürmək istəyirdi. Onda Fərhad özünü müdafiə edərək düşmənini öldürmüşdü. Burda isə Gərayı öldürməsi bəraət qazandırmaq mümkün olmayan bir cinayətdir. Öz gizli macəralarının üstünü örtmək, onların açılmasına yol verməmək üçün görülən bir tədbirdir. Cinayət üstündən cinayət etmək deməkdir. Arif bu cinayətə bəraət qazandırır. Belə çıxır ki, hər bir kəs öz şəxsi təhlükəsizliyi, arzusu, istəyi, məqsədi xatirinə başqasını vicdan əzabı çəkmədən məhv etməyə haqlıdır. Bu obrazda yüksək istedadla, bacarıqla orta, adi bir mənəviyyat birləşib. Şair öz qəhrəmanının simasında xalq içərisindən cıxan, yüksək istedada malik olan, lakin dövrünün feodal-zadəgan əxlaqının təsirinə düşən, ondan yaxa qurtara bilməyən ziyalıların obrazını yaradıb.
Gülüstan mahir bir daşyonan qızıdı. Onun atası nə qədər məşhur və hörmətli olsa da, Abxaz şahı ona xüsusi hörmət göstərsə də, o, sadə zəhmət adamıdır, xalq oğludur. Əməkçi xalqın həyata, insana baxışlarını əks etdirən müdrik bir el ağsaqqalıdır. Müəyyən dərəcədə Nizaminin “Kərpickəsən kişinin dastanı” hekayəsindəki qocanı xatırladan daşyonan ustad Nizaminin demokratik ənənələrinin davamı, yeni təcəssümü kimi qiymətləndirilə bilər. Gülüstan məhz belə bir xalq nümayəndəsinin qızıdır. Ata-anasının sərt, namuslu həyat tərzi onu nəcib, həssas, təmiz bir insan kimi yetişdirib. Fərhadı gördüyü andan onda dərin bir məhəbbət hissi oyanır. Bəzən sərxoşluq nəticəsində hisslərini gizlədə bilmir, baxışları ilə Fərhada öz eşqindən xəbər verir. Şair Gülüstan obrazını yaradarkən heç bir bədii boyasını əsirgəməyib. İstər atasının təşkil etdiyi məclisdəki hərəkətləri, anasını çaşbaş salan laqeydliyi, istər kilsədə Fərhad üçün xeyir-dua eləməsi, Fərhad üçün keçirdiyi narahatlıq və s. onu xalq içərisindən çıxmış namuslu, nəcib, həssas, güclü, hisslərlə sevən bir qadın surəti kimi səciyyələndirir. Onun zahiri, cismani gözəlliyi ilə mənəvi gözəlliyi arasında tam bir uyğunluq, bütövlük vardır.
Arif Ərdəbili Şirin surətini də özünəməxsus bir tərzdə işləyib. O, burada həm Nizaminin Şirinindən, həm də Gülüstandan fərqlənir. Arifin Şirini feodal-zadəgan mühitində böyümüş bir qadındır. Onda saray xanımlarına məxsus əxlaqi yüngüllük, ehtiras düşkünlüyü, mənəvi tərəddüd birləşib. O, hələ doqquz yaşında olanda oğrun-oğrun Fərhada baxır. Arif bu obrazı yaradarkən həyat həqiqətlərinə sadiq qalıb, onun simasında saray əxlaqını təcəssüm etdirib. Maraqlı budur ki, Fərhad Gülüstanı sevdiyi vaxtlarda daha çox insanı keyfiyyətlərə malik idi. Şirinlə yaxınlaşdıqda isə onda yeni, qüsurlu, cılız xasiyyətlər əmələ gəlir. Özünü yalandan dəliliyə vurmaq, şəhvani ehtiraslarını təmin etməyə çalışmaq və s. buna misal ola bilər.
“Fərhadnamə”də bir silsilə şah surətləri də yaradılıb. Şairin şah surətləri xarakter etibarilə rəngarəngdir. Hörmüz, Xosrov Pərviz, Abxaz şahı, Fərhadın yeznəsi, Məhinbanu. Lakin bu şah surətlərinin hamısı eyni dərəcədə geniş şəkildə səciyyələndirilib. Bəziləri haqqında ötəri danışılıb, bəzilərinə isə əsərdə təsvir edilən hadisələrlə əlaqədar bir qədər ətraflı diqqət yetirilib.
Bütün bunlarla belə, bu nəticəyə gəlmək olar ki, Arif Ərdəbilini şöhrətləndirən onun Nizaminin təsiri ilə yazdığı “Fərhadnamə” poemasıdır.
Tehsil-press.az