FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI İTALİYADA EZAMİYYƏTDƏ OLUBLAR

FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI İTALİYADA EZAMİYYƏTDƏ OLUBLAR Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Dr. Nahidə Musayevanın rəhbərliyi ilə Fizika İnstitutunun bir qrup gənc mütəxxəsisi İtaliyanın CNR - İMEM ( Elektronika və Maqnetizm üçün Materiallar ) İnstitutunda bir həftəlik ezamiyyətdə olublar. Yeddi günlük səfərdə məqsəd AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) saziş və əməkdaşliq proqramına əsasən 2017-2018-ci illər üçün müsabiqədə qalib olmuş “Çeviricili Ge/Si əsaslı sensorlar və germnium və karbon nanostrukturları əsasında partlayıcı detektorlar “və eyni zamanda NATO-nun Sülh və Əməkdaşlıq naminə Elm Proqramının “İnsan iştirakı olmadan partlayıcı aşkar etmək üçün portativ sensorlar“ adlı layihələr çərçivəsində elmi tədqiqat işlərinin aparılması və seminarda müzakirəsi olub.

Məryəm Rafaelqızı
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər