Çində 27 nəfər naməlum pnevmaniyaya yoluxub

Çində 27 nəfər naməlum pnevmaniyaya yoluxub Çinin Uhan şəhərində (Hubey vilayətinin inzibati mərkəzi) ən az 27 nəfər pnevmaniyanın naməlum növlərindən xəstələnib.
Yeddi xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məlumata əsasən, hakimiyyət orqanları virusun mənbəyini təyin edirlər. Epidemioloqlar onun xüsusiyyətlərini araşdırırlar. Epidemioloqların dediklərinə görə, insanların infeksiyaya yoluxması ilə bağlı bir çox hadisələr təzə dəniz məhsulları bazarı ilə əlaqələndirilir.
Həkimlərin qeyd etdiyi kimi, yoluxanların əksəriyyətində xəstəlik ağırlaşmadan davam edir. Onlardan ikisi sağalmağa doğru gedir və tezliklə tibb müəssisələrindən buraxılacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər