Pentaqon aparatının rəhbəri istefaya gedəcək

Pentaqon aparatının rəhbəri istefaya gedəcək Pentaqon aparatının rəhbəri Erik Çuninq yanvarın sonlarına qədər istefa verəcək.
Bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşr onun yerinə ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin əməkdaşı Cen Styuartın gələcəyini yazıb.
Məlumata görə, təxminən bir ildir bu vəzifədə olan Çuninq özəl sektora keçəcək.
“Mən Erikə (Çuninq) vəzifəyə başladığım müddətdə göstərdiyi peşəkarlığa, ehtiyatlılığına və idarəçiliyinə görə minnətdaram. Bu, çox çətin bir iş idi. Erik səbr və yorulmazlıq mənbəyidir. Hamımız onun üçün darıxacağıq, ona özəl sektorda ən yaxşısını diləyirik”,- deyə Pentaqon rəhbəri Mark Esper bəyanatında bildirib.
Qeyd edək ki, son həftələrdə Pentaqonu bir sıra yüksək vəzifəli şəxslər tərk edib. Buraya Müdafiə nazirinin Hind-Sakit okean bölgəsində təhlükəsizlik üzrə köməkçisi Rendall Şriver, İnsan Resursları Məsləhətçisinin vəzifəsini icra edən Cimmi Sytuart, Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Proqramları (DARPA) Departamentinin direktoru Stiven Uoker daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər