Yaponiyanın Baş Naziri Yaxın Şərqdə gərginliyi azaltmaq üçün səyləri artırmağa çağırıb

Yaponiyanın Baş Naziri Yaxın Şərqdə gərginliyi azaltmaq üçün səyləri artırmağa çağırıb Yaponiyanın Baş Naziri Şinzo Abe bütün maraqlı tərəfləri Yaxın Şərqdə gərginliyi azaltmaq üçün diplomatik səyləri artırmağa çağırıb.
Bu barədə o, yanvarın 6-da Mie prefekturasında yerləşən İse şintoist məbədini ziyarət etdikdən sonra keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Yaxın Şərq regionunda gərginliyin artmasından narahatlığını ifadə edən Baş Nazir, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bütün maraqlı tərəfləri diplomatik səyləri artırmağa çağıracağını deyib.
Ötən ay İran Prezidenti Həsən Ruhaninin Yaponiyaya səfərini xatırladan Ş.Abe, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi üçün Tokionun diplomatik səylərini qətiyyətlə davam etdirəcəyini də söyləyib.
Baş Nazir əlavə edib ki, Yaponiya enerji resurslarının əsas hissəsini aldığı bu regiondan asılıdır. Buna görə də, informasiya toplanması və Yaponiyaya məxsus naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə özünümüdafiə qüvvələrinin heyətini göndərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər