Azərbaycan Dövlət Pedaqoji Universiteti: Gün ərzində təxminən 2500-3000 tələbə imtahan verir

Azərbaycan Dövlət Pedaqoji Universiteti: Gün ərzində təxminən 2500-3000 tələbə imtahan verir Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyası keçirilir. İmtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə Apellyasiya Komissiyası, imtahan qərargahı, idarəetmə qrupu yaradılıb. Rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Şuraya müraciət etmək, qaynarxə[email protected] və ADPU-nun rəsmi “facebook” səhifəsindən inboksa yazmaq imkanları təmin olunub.
Gün ərzində ümumilikdə təxminən 2500-3000 tələbə yazılı və test üsulu ilə imtahan verir. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və yoxlama aparılan gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə imtahanların nəticələri ADPU-nun internet saytına yerləşdirilir.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər