İndoneziyanın Tarumaneqara Universitetinin Memarlıq fakültəsinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.
Rektor G.Məmmədova qonaqlara universitetin tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlər barədə məlumat verib. Rektor iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev universitet haqqında tanıtım filmini təqdim edib.
İndoneziya nümayəndə heyətinin rəhbəri, Tarumaneqara Universitetinin professoru Haydir Ənvər Makarim görüşün çox məhsuldar keçdiyini və iki universitet arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib.
İndoneziyanın ölkəmizdəki səfiri, professor Hüsnan Bəy Fanani də universitetlər arasında ikitərəfli əlaqələrin inkişafı üçün kömək edəcəyini vurğulayıb.
Görüşdə iştirak edən indoneziyalı qonaqlar səfər təəssüratlarını paylaşıb, Azərbaycan, Bakının memarlıq abidələri və s. haqqında maraqlı fikirlər səsləndiriblər.

AzMİU-nun Mətbuat Xidməti