Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 66,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər