Gəncə Dövlət Universitetində (GDU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunmuşdur. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbələrin eyni vaxtda biliyinin yoxlandığı test imtahan prosesini izləmişlər.
Mediaturda rektorun baş müşaviri Asif Cavadov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva valideynlərə və KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, test üsulu və qabiliyyət üzrə olmaqla yanvarın 31-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılmışdır. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının da imtahanın keçirilməsində iştirakı təmin edilmişdir.
GDU-da 2019-2020-ci tədris ilinin qış semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Operativ Qərargah fəaliyyətə başlamışdır.
Eyni zamanda, universitetin gdu.edu.az saytında yerləşdirilmiş telefon nömrələri, rəsmi “facebook” ünvanı olan “Gəncə Dövlət Universiteti”, [email protected] ünvanlı elektron poçtu və “Qaynar xətt” elan edilmişdir.
Həmçinin universitetdə həm semestr ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi fəaliyyət göstərir.
Çıxış edən valideynlər qış imtahan sessiyasının təşkili və gedişatından razılıqlarını ifadə etmişlər. Bildirmişlər ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunmuş, sessiya normativ sənədlərə uyğun təşkil edilmiş, tədris müddətində tələbələrin mənimsədikləri biliklərin imtahan prosesində nümayişi üçün hər cür şərait yaradılmışdır.

GDU-nun Mətbuat Xidməti