Azərbaycan Dillər Universitetində (ADU) 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb.
İmtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə rektor Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası fevralın 1-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün müəyyənləşdirilib. İmtahanlara ayrılmış vaxt 3 saat olacaq, ehtiyac yaranarsa, əlavə vaxt veriləcək.
Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlər görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması əksini tapıb. Eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının və valideynlərin imtahan sessiyasını izləməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulur.
ADU-da imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah fəaliyyət göstərir. Bundan başqa, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 nömrəli telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

ADU-nun Mətbuat Xidməti