Aprelin 21-də Hesablama Maşınları üzrə Assosiasiyanın (ACM) Azərbaycan bölməsi və “ADA” Universiteti ACM tələbə bölməsinin birgə təşkilatçılığı ilə “Ada mirası: informatikada qadınlar” mövzusunda növbəti tədbir keçiriləcək.
Tədbir informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “WomENcourage 2018” konfransı ərəfəsində “ACM-W Avropa”nın dəstəyi ilə keçiriləcək. “ADA” Universitetində artıq üçüncü ildir ki, təşkil olunan tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, beynəlxalq “WomENcourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir.
Tədbirdə ötən il Barselonada keçirilən “WomENcourage” konfransında iştirak etmiş tələbələr təcrübələrini bölüşəcəklər, informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə məruzələri dinlənəcək. Həmçinin konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndiriləcək.
Tədbirdə mütəxəssislərin rəyini öyrənmək istəyənlər aprelin 16-dək https://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq müvafiq elektron ünvana göndərməlidirlər.
“WomENcourage” konfransı oktyabrın 3-dən 5-dək Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Konfrans informatikada nailiyyətlərini təqdim etmək və təcrübələrini bölüşmək üçün xanımları bir araya gətirir. Konfrans hər il bakalavr, magistrant və doktorantlara informatikanın istənilən istiqaməti üzrə tədqiqatlarını poster şəklində təqdim etməyə imkan yaradır. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqının da daxil olduğu səfər təqaüdü üçün müraciət edə bilərlər.
Qeyd edək ki, əsası 1947-ci ildə qoyulmuş ACM-nin məqsədi informasiya texnologiyalarının sənət, elm, mühəndislik istiqamətlərini irəli aparmaqdır. ACM informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.

Hüseyn Şərifov