BDU-nun gənc tədqiqatçısı üçüncü respublika innovasiya müsabiqəsinin finalına vəsiqə qazanıb

BDU-nun gənc tədqiqatçısı üçüncü respublika innovasiya müsabiqəsinin finalına vəsiqə qazanıb Bakı Dövlət Universitetinin (BDU) gənc tədqiqatçısı Günel Əliyeva İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan üçüncü respublika innovasiya müsabiqəsində iştirak edib.
Universitetin strateji inkişaf planına əsasən Günel Əliyeva müsabiqəyə “Nanomembrane” adlı layihə təqdim edib və finala vəsiqə qazanıb.
Ələkbər Hüseynzadə, Əlibala Əliyev, İlahə Həsənova, Hacı Vahid Axundzadə, Sərvinaz Hacıyeva, Nurlan Əmrahov və Mircavid Ağayevdən ibarət gənc tədqiqatçılar komandasının kapitanı Günel Əliyeva Estoniyada keçirilən “STARTUP Day” proqramında da iştirak edib.
Qeyd edək ki, Günel Əliyeva “STARTUP Day” proqramı çərçivəsində Tartu Universitetinin Kimya İnstitutunun əməkdaşları ilə layihəyə təqdim olunan nanomembranların yeni modifikasiyalarının sintezi barədə müzakirələrdə də iştirak edib. Tartu Biotexnologiya Parkının tədqiqatçıları müxtəlif mühitlərdən canlı quruluşların ayrılmasında nanomembranların tətbiqinin maraqlı olduğunu vurğulayaraq, birgə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparıblar. O, həmçinin Tallinn Universitetinin əməkdaşları və müxtəlif ölkələrdən layihəyə qatılan investorlarla məhsuldar görüşlər keçirib.

Tehsil-press.az



Oxşar xəbərlər