Yerevanda 10-dan çox şagird “donuz qripi”nə yoluxub

Yerevanda 10-dan çox şagird “donuz qripi”nə yoluxub Yerevanda orta məktəblərin birində 10-dan çox şagird “donuz qripi” (A H1N1) virusuna yoluxub.
Məktəbin direktoru Natalya Stepanyan bildirib ki, 10-dan çox şagirddə “donuz qripi” aşkarlanıb.
Onun sözlərinə görə, rəqəmin artacağı istisna edilmir. Belə ki, bütün valideynlər tibbi arayış gətirməyiblər.
Virusa yoluxanlar əsasən, 3,7 və 9-cu sinif şagirdləridir.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, mövsümün əvvəlindən Ermənistanda 740 xəstənin bioloji nümunələri üzərində tədqiqat aparılıb, nəticədə 18,5% insanda A H1N1 qripi aşkar edilib.

Tehsil-press.az

Oxşar xəbərlər