Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağı professor-müəllim və tələbə heyətinə təqdim edib, BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq əlaqələrindən danışıb.
Bakı Yunus Əmrə İnsitutunun direktoru Gökhan Seyhan görüşün qloballaşan dünyada insanın mənəvi dəyərlərini qoruması, öz kimliyini və ruhunu itirməməsi baxımından önəm daşıdığını qeyd edib. Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Aygün Ələkbərzadə Bahadır Yenişehirlioğlunun həyatı, ictimai-siyasi fəaliyyəti və yaradıclığı haqqında təqdimat edib.
Daha sonra Bahadır Yenişehirlioğlu öz həyat yolu və uğur hekayəsini tələbələrlə bölüşüb. O, ədəbiyyatın insan ruhuna təsiri, sənətin cəmiyyətin aynası olması, ədalətin insan həyatında tutduğu yer barədə fikirlərini bölüşüb.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.
Tehsil-press.az