Botanika İnstitutunda 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü qeyd olunub

Botanika İnstitutunda 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü qeyd olunub Bu gün AR ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib.

Seminar Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq “Ümumdünya Layiqli Əmək Günü”nün mahiyyəti, ölkəmizdə layiqli əməyin təmin olunması istiqamətində  görülən işlər, əməyin təşkili prosesində tətbiq olunan qaydalar barədə danışıb. Professor institut əməkdaşları üçün yaradılan səmərəli iş mühitini və bu sahədə qarşıda duran vəzifələri də diqqətə çatdırıb. Qeyd edib ki, 7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.

İnstitutun Həmkarlar Komitəsinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Muxtarova bildirib ki, hər il 7 oktyabr “Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur və bu təşəbbüs ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Onlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, əməkdaşlar arasında bərabərlik, sədr ilə işçi arasında olan dialoqa, öz əmək hüququnu müdafiə etməyə və ya vəd edilmiş sosial müdafiədən istifadə etməyə qədər bütün aspektləri əhatə edir.

Seminarda hüquqşünas Araz Abdullayev “Ümumdünya Layiqli Əmək Günü” mövzusunda çıxış edib. Ölkəmizdə layiqli əməyin təminatı, o cümlədən, işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi sahəsində aparılan dövlət siyasəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsinə və digər mühüm sənədlərə əsasən layiqli əməyin ümumdünya məqsədinə çevrilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan normaları və standartları diqqətə çatdırıb. Sonda işçilərin sualları cavablandırılıb, müvafiq izahlar verilib.  

Tehsil-press.az

Oxşar xəbərlər