Dövlət İmtahan Mərkəzinin (DİM) yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün keçirdiyi xarici dil imtahanında iştirak etmiş namizədlərin müraciətlərinə baxılması üçün yaradılan apellyasiya komissiyası işini yekunlaşdırıb.
Apellyasiya prosesi müddətində namizədlərin müəyyən məsələlərlə bağlı yazılı və elektron müraciətlərinə baxılıb. Test tapşırıqları ilə bağlı heç bir müraciət daxil olmayıb. Müraciətlər esse yazılarının qiymətləndirilməsi və müəyyən texniki məsələlərlə bağlı olub. Fevralın 5-də keçirilən açıq apellyasiyada namizədlərin esse yazıları onların iştirakı ilə ekspertlər tərəfindən diqqətlə araşdırılıb və onlara yazılarındakı səhvlər qiymətləndirmə meyarları əsasında izah edilib. Texniki xarakterli məsələlərlə bağlı müraciətlər aidiyyəti üzrə şöbələrə yönəldilib.
Apellyasiya komissiyasının qərarı ilə heç bir namizədin imtahan nəticəsində dəyişiklik edilməyib.
Xatırladaq ki, yanvarın 26-da keçirilən imtahanda 1489 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. DİM-ə qüvvədə olan xarici dil sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunub.
İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün fevralın 3-də və 4-də DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərib.
Tehsil-press.az