Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının təmsilçilərinin, 17 xarici ölkə səfirinin və diplomatik korpus nümayəndələrinin, müxtəlif dövlət qurumlarının məsul şəxslərinin, universitet rektorlarının, millət vəkillərinin, tanınmış ictimai-siyasi, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin, media strukturlarının rəhbərlərinin, qeyri-hökumət təşkilatçılarının təmsilçilərinin, Qarabağ müharibəsi veteranlarının iştirakı ilə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı-əsrin faciəsi” adlı geniş tədbir keçirilib.
Tədbirdən öncə Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib, iştirakçılara matəm rəmzi olan qara lentlər və BSU-nun Xocalı soyqırımına həsr olunmuş bukletləri paylanılıb.
Sonra tədbir BSU-nun Akt zalında davam etdirilib. Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin müvafiq Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib. Bizim bu gün BSU-da keçirdiyimiz bu böyük tədbir də həmin Sərəncama uyğun olaraq keçirilir. Rektor Nurlana Əliyeva qeyd edib ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 28 il keçir. 28 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyıqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir.
Rektor Nurlana Əliyeva maraqlı və geniş çıxışında xüsusi vurğulayıb ki, xalqımızın digər milli faciələri kimi, Xocalı soqırımına da siyasi–hüquqi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində uğurla həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı öz yüksək elmi-siyasi səviyyəsi, dərin məntiqi və konkret tarixi faktlar əsasında ifşa etdi və Ermənistanın işğalçı və təcavüzkar siyasət yürütdüyünü bir daha dünyaya göstərdi. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik uğurudur.
Rektor Nurlana Əliyeva çıxışının sonunda bildirib ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.
Tədbirdə BSU-nun tələbə-gəncləri dünyanın müxtəlif dillərində “Xocalıya ədalət!” şüarını səsləndiriblər.
Sonra Heydər Əliyev Fondunun sifarişi ilə ingilis dilində çəkilmiş “Xocalı qətliamı” filmi nümayiş etdirilib, BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənovanın rus dilində “Xocalı soyqırımı” mövzusunda məruzəsi və Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallının “Xocalı soyqırımı gənclərin gözü ilə” mövzusunda məruzəsi dinlənilib. Tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan hər iki məruzədə xalqımıza, eləcə də bütün bəşəriyyətə qarşı törədilmiş böyük hərbi cinayət olan Xocalı soyqırımı öz dolğun əksini tapıb və ermənilərin törətdikləri bu vandalist akt qətiyyətlə pislənilib.
Daha sonra Xocalı faciəsinin şahidi, Xocalı hava limanının əməkdaşı olmuş Nazim Hüseynov “Bir gecənin faciəsi” adlı çıxış edərək şahidi olduğu qanlı hadisələr barədə ürəkağrısı ilə danışıb.
Sonda quruluşçu rejissoru Əli Natiqoğlu olan və BSU-nun tələbə-gənclərinin səhnələşdirdikləri Xocalı soyqırımı qurbanlarına həsr olunmuş “Ana harayı” tamaşası nümayiş etdirilib.
Qeyd edək ki, çox təsirli, vətənpərvər ruhda və milli təəssübkeşliklə keçən tədbir hamı tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Tehsil-press.az