Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Memarlıq fakültəsinin foyesində Xocalı soyqırımını əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanan tədbiri Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədova açaraq tariximizin ən ağrılı səhifəsi olan Xocalı faciəsindən, ermənilərin törətdikləri vəhşiliklərdən danışıb. Kafedra müdiri belə anım günlərində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan, Vətən yolunda canını qurban verən qəhrəman oğullarımızı yada salmağın vacib olduğunu bildirib. S.Əhmədova belə qəhrəmanlardan biri -Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnaməfilm” studiyasının çəkdiyi “Qəhrəmanlıq zirvəsi” sənədli filmi barədə məlumat verib.
Sonra film nümayiş olunub.
AzMİU-nun Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, qəhrəmanın bacısı Naibə Behbudova, filmin rejissoru Kəmalə Musazadə, Səfiyara həsr olunmuş “Qürur dastanı” poemasının müəllifi Azər Hacıbəyli, qəhrəmanın döyüş yoldaşı, Bərdə özünümüdafiə batalyonunun komandiri Elbrus Rüstəmov çıxış edərək bu cür filmlərin çəkilməsinin və təqdimatların keçirilməsinin insanlara, xüsusən gənclərə Vətən sevgisinin aşılanmasında böyük əhəmiyyətə malik olduğunu bildiriblər.
Anım mərasimində tələbələr “Qürur dastanı” poemasından parçalar söyləyiblər. Birinci kurs magistr Tural Rəhmanlı rus dilində yazdığı “26 fevral” şeirini səsləndirib. İncəsənət gimnaziyasının şagirdi Aysu Cəbrayılova isə şəhidlərə həsr olunmuş musiqi ifa edib.
Tədbirin sonunda çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova gənclərə tarixdən dərs almağı, Səfiyar kimi qəhrəman oğullardan nümunə götürüb əsl vətənpərvər və vətəndaş kimi yaşamağı, yeganə düşmənimizin ermənilər olduğunu unutmamağı, düşməndən qisas almaq üçün birləşməyi, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyi tövsiyə edib.
Tehsil-press.az