ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova Daşkənddəki Beynəlxalq Vestminster Universitetində prorektor Baxrom Mirkasimovla görüşüb.
Görüşdə Baxrom Mirkasimov Vestminster Universitetinin məzunlarının dünyanın müxtəlif ölkələrində çalışdıqlarını bildirib. Aytəkin Hüseynova ADA Universiteti haqqında ətraflı məlumat verib, ali təhsil müəssisəsinin müəllim və tələbələri, məzunları barədə danışıb. Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub.
A.Hüseynova Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu, İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu, Sinqapur Menecmentin İnkişafı İnstitutu, Vebster Universiteti və paytaxtdakı 147 nömrəli orta məktəbdə ADA Universitetinin təqdimatını keçirib.
Görüşlərdə bildirilib ki, ADA Universiteti 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında yaradılıb. 2019-cu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə universitetin 2014-cü ildə təsdiq olunan Nizamnaməsində bir sıra dəyişiklik edilib və bu ali məktəb Dövlət Universiteti statusu alıb. Hazırda universitetdə 2300 tələbə təhsil alır.
Sonra A.Hüseynova müəllim, tələbə və şagirdlərin suallarına cavab verib.
Tədbirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.
Tehsil-press.az