Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin akademik liseyində ADA Universitetinin təqdimatı keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynovanı tələbələrə təqdim edib, ölkələrimiz arasında elm, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirib.
Aytəkin Hüseynova ADA Universiteti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, ADA Universiteti 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında yaradılıb. Hazırda burada dünyanın 45 ölkəsindən 2300 tələbə təhsil alır. Tələbələr universitetdə bakalavr dərəcəsində 12 ixtisasa yiyələnirlər. ADA Universitetində Mərkəzi Asiya ölkələrindən də tələbələr oxuyur, amma biz bu dövlətlərdən universitetə daha çox tələbə gəlməsini istərdik.
Tehsil-press.az