Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa İttifaqının “Erasmus+ KA 107” beynəlxalq təhsil layihəsi çərçivəsində İspaniyanın Valladolid Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq həftə” tədbirində iştirak edib.
Tədbirə dünyanın 23-dən çox ölkəsini təmsil edən 40–a yaxın ali təhsil müəssisəsi iştirakçı statusunda qatılıb. Bir həftə davam edən tədbirdə, ilk növbədə, “Erasmus+” layihəsi çərçivəsində həyata keçirilən məsələlər müzakirə edilib, müxtəlif iştirakçı universitetlərin qarşılaşdıqları problemlər diqqət mərkəzində saxlanılıb. Tədbirdə elanların verilmə vaxtları, müsahibələrin təşkili qaydaları və nəticələrin açıqlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. “Beynəlxalq həftə” çərçivəsində gəzinti turları, Valladolid Universitetinin müxtəlif şəhərlərdəki kampuslarına səfərlər təşkil edilib.
Qeyd edək ki, ATMU 2017-ci ilin avqust ayından Valladolid Universiteti ilə əməkdaşlığa başlayıb. ATMU-nun doktorantlarından 3 nəfər, magistrantlarından 3 nəfər və biznes idarəçiliyi fakültəsinin bakalavr pilləsində müvafiq ixtisasa yiyələnən tələbələrindən 1 nəfər 2018-2019–cu tədris ilində Avropa İttifaqının “Erasmus+KA 107” beynəlxalq təhsil layihəsi çərçivəsində Valladolid Universitetində bir semestr təhsilalma imkanına malikdir.

ATMU-nun Mətbuat Xidməti