Naxçıvanda məktəblər bağlanmayacaq - Rəsmi

Naxçıvanda məktəblər bağlanmayacaq - Rəsmi Naxçıvanda məktəblər bağlanmayacaq.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, muxtar respublikanın bütün təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılmayacaq. Bildirilib ki, muxtar respublikanın bütün ali və orta ixtisas, eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu ildə lazımi tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb. Və bu proses bu gün də müvafiq qaydada davam etdirilir. Muxtar respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur.
Təhsil nazirliyi bildirir ki, muxtar respublikanın orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəsisələrində dərslər tədris qrafikinə uyğun olaraq davam etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər