Azərbaycanın ekoloji riskli sahələri müəyyənləşdirilib

Azərbaycanın ekoloji riskli sahələri müəyyənləşdirilib AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatları və onların ekocoğrafi xüsusiyyətləri tədqiq edilir.
İstehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi və siyasi problemləri araşdırılır.
Tədqiqat çərçivəsində təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və “Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilib. Məlum olub ki, respublika ərazisinin 37,2 faizi çox zəif, 19,8 faizi zəif, 23,9 faizi orta, 12,4 faizi yüksək və 6,8 faizi çox yüksək ekoloji riskli sahələrdir. Alınmış nəticələr regionların davamlı inkişafının və ekoloji idarəetmənin təşkilində mənbə rolunu oynaya bilər.
İlk dəfə olaraq müasir prinsip və metodlarla (məsafədən zondlama, GPS, GİS və s.) əldə edilmiş materialların faktiki çöl ekspedisiyalarının məlumatları ilə müqayisəsi əsasında Samur-Abşeronarası Xəzərsahili düzənliklərin torpaqlarında deqradasiya amilləri nəzərə alınmaqla rəqəmsal “Torpaq-deqradasiya” xəritəsi tərtib edilib. Məlum olub ki, deqradasiya prosesi tədqiq olunan ərazinin 97,5 faizini əhatə edir. Bunun 61,4 faizi isə şiddətli və çox şiddətli sinfə aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər