Koronavirus qurbanlarının, eləcə də həyatlarını insanları xilas etmək üçün fəda edən tibb işçilərinin xatirəsini yad etmək məqsədi ilə aprelin 4-ü Çində ümummilli matəm günü elan olunub. Bu qərarı ölkənin Dövlət Şurası qəbul edib.
Şənbə günü ölkədə, eləcə də xarici diplomatik missiyaların ərazilərində bütün bayraqlar endiriləcək. Bütün şən ictimai tədbirlər ləğv edilir. Koronavirusdan ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.
Rəsmi məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, 3,3 mindən çox pasiyent dünyasını dəyişib.
Tehsil-press.az