"Baş Nazir tərəfindən təsdiq edilən tədbirlər planı həm məşğul əhalini (muzdla işləyən vətəndaşlarımız), həm də işləməyən vətəndaşlarımızın sosial təminatını təmin edir, eyni zamanda onlara birbaşa yardımın həyata keçirilməsini nəzərdə tutur".
Bunu Tehsil-press.az-a açıqlamasında Baş Nazir tərəfindən təsdiqlənən tədbirlər planını şərh edən millət vəkili Vüqar Bayramov deyib.
V. Bayramov bildirib ki, əvvəla təsdiq olunan tədbirlər planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur:
“Burada birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd ondan ibarətdir ki, iş yerlərinin sayı azaldılmasın və həmin sektorlarda çalışan vətəndaşlarımız indiki halda işləməsələr belə əməkhaqqılarını ala bilsinlər. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımızı əhatə edəcək. Eyni zamanda hər hansı bir vətəndaşımız kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsini malikdirsə, o zaman ona dövlət tərəfindən dəstək olacaq. Belə muzdla çalışan işçilərin sayı 300 min nəfərdir. Bu istiqamətə 215 milyon manat vəsait ayrılacaq. Yəni orta hesabla hər bir muzdla çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq. Təbii ki, burada əməkhaqqı səviyyəsindən asılı olaraq, məbləğ dəyişə bilər. Bəzi vətəndaşlarımız əməkhaqqılarına uyğun olaraq, nisbətən az, bəziləri isə çox yardım alacaq. Bütün hallarda 300 min muzdla çalışan vətəndaşımız məhz bu istiqamətə ayrılan vəsaitdən faydalana biləcək”.
Millət vəkili mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərən vətəndaşların alacağı yardıma da aydınlıq gətirib:
“Elə vətəndaşlarımız var ki, onlar VÖEN-lə işləyirlər, yəni mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Yenə də 300 min vətəndaşımız bu vəsaitdən yararlana biləcək. Orta hesabla, hər bir VÖEN-lə işləyən vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Təbii ki, burada yenə də məbləğ mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşlarımızın əvvəlki dövrdəki gəlirlərindən asılı olaraq dəyişə bilər. Çünki burada əsas meyar ondan ibarətdir ki, həmin mikro və ya fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, eləcə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. Əgər VÖEN-lə çalışan, yəni fərdi və ya mikro sahibkarlıqla məşğul olan vətəndaşımız 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, o zaman həmin vətəndaşlarımızın məhz bu yardımdan faydalanmaq imkanlarına malik olacaq”.
V. Bayramov qeyd edib ki, eyni zamanda vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur:
“Bu artıq aprel ayından başlayaraq, tətbiq olunacaq. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətli güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, mikro və ya VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyekti kimi məhz güzəşt əldə edəcək. Eyni zamanda əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq olunacaq. Eləcə də vergi ödəyiciləri üçün mənfəət və gəlir vergisindən də güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və eləcə də verginin ödənilməsi müddəti uzadılıb. Eyni zamanda burada xüsusilə pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə də vergilərin ödənilməsi müddətində güzəşt tətbiq ediləcək. Ölkəyə idxal olunan ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsul növlərinin idxalında əlavə dəyər vergisinin müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda istehsal üçün idxal olunan xammal və eləcə də digər materialların da əlavə dəyər vergisinə də güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. İcarə haqqına tutulan vergilər üzrə də güzəşt veriləcək. İcarə vergisinə də güzəşt tətbiq ediləcək. Eyni zamanda ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdə sığorta hesablarına görə faizlərin hesablanmasının müəyyən müddət təxirə salınması həyata keçirilir. Yəni əgər vergi ödənilməyibsə, və ya sosial sığortanın ödənilməsi ilə bağlı yubanmalar varsa, həmin yubanmalar üzrə faizlərin hesablanmasına müəyyən müddət güzəşt tətbiq olunacaq. O cümlədən Kredit Zəmanət Fondu inkişaf etdirilir. Burada daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eyni zamanda kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Subsidiyalaşdırma nəticə etibarı ilə faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi anlamına gəlir. Bu istiqamətə də 20 milyon manat vəsait ayrılacaq. Sahibkarlığın İnkişaf Fondu vəsaiti hesabına kredit faizlərinin subsidiyalaşdırılması və eyni zamanda 2020-ci ilin 10 mart tarixində dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcələrinin 1 il üzrə 10 %-nin subsidiyalaşdırılması nəzərdə tutulub. Yəni sahibkar 2020-ci ilin martın 10-dək biznes kredit cəlb edibsə, onun kredit faizi məsələn, 14 %-dirsə, o zaman həmin faizin 10 %-ni dövlət, yalnız 4 %-ni sahibkar ödəyəcək. Bunun üçün də bütövlükdə 50 milyon manat fond tərəfindən vəsaitin ayrılması nəzərdə tutulub. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq. Bu istiqamətə 90 milyon manat vəsait ayrılacaq və vətəndaşlarımız güzəştli ipoteka kreditlərindən istifadə etməklə, mənzil problemini həll etmiş olacaqlar. Bu vətəndaşlarım mənzil probleminin həlli və eyni zamanda inşaat sektorunun canlandırılması baxımından vacib hesab olunur”.
V. Bayramov bildirib ki, təsdiq edilən tədbirlər planında işləməyən vətəndaşlarımızla bağlı da istiqamət müəyyənləşdirilib:
“Xüsusilə də müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun aktiv olduğu dövrlərdə (güman olunur ki, bu dövr aprel və may ayları olacaq) 50 min vətəndaş üçün haqqı ödənilən iş yerlərini yaradılması nəzərdə tutulub. 2 ay müddətinə 50 min vətəndaşımız üçün sosial və ictimai iş yerləri yaradılacaq. Bu məqsədlər büdcədən 30 milyon manat vəsait ayrılıb. Eyni zamanda dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödənişin həyata keçirilməsi nəzərdə tutulub. Burada söhbət 200 min vətəndaşdan gedir. Bu istiqamətə dövlət tərəfindən 70 milyon manat vəsait ayrılacaq. Bu 2 ay müddətində həmin vətəndaşlarımıza 190 manat vəsaitin ödənilməsi təmin ediləcək. Eləcə də digər yəni büdcədən kənar olan İşsizliyin sığorta Fondundan BMT-nın İnkişaf Proqramı, eyni zamanda Dünya Bankı ilə birgə özünüməşğulluq proqramının genişləndirilməsi və daha çox vətəndaşımızın cəlb edilməsi nəzərdə tutulur. Bu da 11 min vətəndaşımızı əhatə edəcək və 70 milyon manat vəsaitin fonddan bu istiqamətə ayrılması nəzərdə tutulur. Eyni zamanda işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizmi yaradılması üçün də vəsait ayrılacaq. Bu xüsusilə də işsizlikdən sığorta alan vətəndaşlarımız üçün vacibdir. Burada 20 milyon manat vəsaitin də ayrılması nəzərdə tutulub. Ünvanlı dövlət sosial yardımın verilməsində də dəyişikliklər olacaq. Belə ki, ünvanlı sosial yardımın xüsusi karantin rejimi dövrü bitənədək bütün ailələrə verilməsinin davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımın təyinatının sadələşdirilməsi nəzərdə tutulub. Bu 62 min vətəndaşımızı əhatə edəcək. Burada məqsəd ondan ibarətdir ki, 62 min vətəndaşımız üçün hətta ünvanlı sosial yardım dövrü başa çatsa, belə karantin dövründə həmin müddətin uzadılması həyata keçiriləcək. Eyni zamanda ünvanlı sosial yardıma müraciət imkanları asanlaşacaq”.
Millət vəkili vurğulayıb ki, sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən 2020-ci ildə ödəniləcək:
“Burada söhbət imkansız ailələrin üzvü tələbədirsə, həmin tələbənin təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu istiqamətə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Burada məqsəd ondan ibarətdir ki, həmin ailələrin təhsil haqqının ödənilməsi ilə bağlı problemi olarsa, həmin ailələrə dəstək olunacaq. Aprel və may aylarında həm də elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu xərc də dövlət büdcəsi hesabına qarşılanacaq və bu istiqamətə 10 milyon manat vəsait ayrılacaq. Bu baxımdan tədbirlər planı daha çox aprel və may aylarında birbaşa dəstəyin, ödənişlərin ödənilməsi ilə müşahidə olunacaq”.
Tehsil-press.az