ADDA-da “LNG gəmiləri və LNG yeni yanacaq növü kimi” mövzusunda təlim keçirilib

ADDA-da “LNG gəmiləri və LNG yeni yanacaq növü kimi” mövzusunda təlim keçirilib 50-dək tələbənin iştirak etdiyi seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb.
Titos Giannakakis təlim zamanı tələbələrə LNG (mayeləşdirilmiş təbii qaz) gəmilərinin bugünü və gələcəyi, LNG marşrutları və terminalları barədə ətraflı məlumat verib. O, həmçinin LNG gəmilərinin quruluşu, mühərrik növləri, yük xüsusiyyətləri, yük əməliyyatları haqqında da danışıb.
Bundan başqa, təlimdə yeni inşa edilmiş gəmilərdə LNG yanacağından istifadə mövzusu da diqqət mərkəzində olub.
Ümumilikdə təlim iki saat davam edib. İnteraktiv formada təşkil olunan seminarda tələbə dənizçilərin sualları cavablandırılıb, fikirləri dinlənilib.

ADDA-nın Mətbuat Xidməti



Oxşar xəbərlər