Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Modern Marketing Group”un təsisçisi, tanınmış marketoloq Yusif Vəliyevlə görüş keçirilib.
İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Y.Vəliyev “Personal branding” mövzusunda çıxış edib. O, şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yollarından, vaxtın düzgün qiymətləndirilməsindən, işçini cəmiyyətə düzgün tanıdan və diqqət yetirilməli olan vacib məqamlardan danışıb. Marketoloq insanların öz markalarını yaratmalarında sosial şəbəkələrin əhəmiyyətini qeyd edib. Reklamlarda diqqət edilməli məqamlara da toxunan Y.Vəliyev son zamanların məşhur markaları haqqında tələbələrlə fikir mübadiləsi aparıb.
Sonda tələbələr marketinq sahəsində təcrübəyə cəlb edilməklə bağlı təkliflər səsləndiriblər. Tanınmış marketoloq UNEC-in tələbələri ilə çalışmaqdan məmnunluğunu bildirib, onların təklifini müsbət qarşılayıb.

UNEC-in Mətbuat xidməti