UNEC-in rektoru tələbə təşkilatlarının rəhbərləri ilə virtual platformada görüşüb

UNEC-in rektoru tələbə təşkilatlarının rəhbərləri ilə virtual platformada görüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali təhsil müəssisəsinin tələbə təşkilatlarının rəhbərləri ilə onlayn görüş keçirib.
Rektor mövcud durumu nəzərə alaraq, tələbələrin onlayn dərslərinin təşkili ilə bağlı tətbiq olunacaq yeniliklərdən danışıb. Onlayn dərslərdə davamiyyət, kollokviumlar, sərbəst işlər, imtahanların təşkili barədə sualları cavablandırıb. Rektor regionlarda yaşayan tələbələrin dərslərə rahat qoşulmaları üçün internet təminatı ilə bağlı müdafiə tədbirlərinin nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə bildirilib ki, tələbələrin lazımi dərs materialları ilə təmin olunmaları üçün UNEC-in elektron kitabxanasından istifadə etmək imkanı yaradılacaq. Fakültə dekanlarının tələbələrlə “Facebook”da canlı yayımları təşkil olunacaq, eləcə də virtual platformada görüşləri keçiriləcək.
Rektor tələbələrin yeniliklər barədə məlumatlandırılması məqsədilə tələbə təşkilatlarının rəhbərlərini bu istiqamətdə operativ olmağa çağırıb. Onlara ölkədə baş verən sosial proseslərdə fəallıq göstərməyi, vətəndaş mövqeyi nümayiş etdirməyi tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər