Baş Nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprelin 25-nə qədər uzadılıb. "Azəristiliktəchizat"dan Tehsil-press.az-a daxil olan məlumatda qeyd edilir ki, dünyanın bütün ölkələrində yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə prezidenti İlham Əliyevin birbaşa tapşırıq və göstərişləri əsasında həyata keçirilən geniş miqyaslı profilaktik və pereventiv tədbirlər, o cümlədən əhalinin sağlamlığının, sosial rifahının və iqtisadiyyatın qorunması ilə bağlı atılan addımlar, düşünülmüş strategiya çərçivəsində mərhələli yollarla həyata keçirilən məhdudlaşdırıcı rejim nəticəsində ölkədə vəziyyətin tam nəzarətdə saxlanılması təmin edilmiş, koronavirus pandemiyasının daha geniş yayılmasının qarşısı alınıb.
Atılan addımlar ilk növbədə insanların sağlamlığının və onların həyatının qorunmasına yönəldilmiş, eyni zamanda iqtisadi dayanıqlığın təmin olunması və aztəminatlı ailələrin, həmçinin karantinlə əlaqədar ziyan görmüş sahibkarlıq subyektlərinin maliyə vəziyyətinin dəstəklənməsinə yönləndirilib.
Xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir.
Bununla əlaqədar olaraq, ölkə prezidentinin tapşırıq və tövsiyyələri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılmış, bununla bağlı müvafiq araşdırmalar aparılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib.
Bununla bağlı Azərbaycan Respublikası Baş Nazirinin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib.
Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülmüş və istilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin ediləcək.
Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, Cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılmış, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.
“Azəristiliktəchizat” ASC-nin 956 nömrəli “Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və vətəndaşlarımız 956 nömrəli “Çağrı Mərkəzi”, telefon, elektron məktub və Cəmiyyətin rəsmi feysbuk səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər.
Tehsil-press.az