AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Zeynəddin Şabanov Gənclərin İnkişaf və Karyera Mərkəzi Zaqatala nümayəndəliyinin təşkil etdiyi vebinarda “Soyqırımı bəşəri cinayət kimi” mövzusunda çıxış edib.
Z.Şabanov əvvəlcə cəmiyyəti narahat edən yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə aparılan təxirəsalınmaz tədbirlərin əhəmiyyətindən, sağlam qalmaq üçün karantin rejiminin tələblərinə əməl edilməsinin zəruriliyindən danışıb.
Daha sonra məruzəçi soyqırımı anlayışının mahiyyəti, dünyada baş verən soyqırımı hadisələri, soyqırımına verilən beynəlxalq qiymət, insanlarda baş verən özgələşmə hallarının fəlsəfi mahiyyəti, insan təfəkkürü məhsullarının onun özünə qarşı çevrilməsi barədə söz açıb.
O, vebinara qoşulanları 102 il əvvəl mart ayında ermənilər tərəfindən azəbaycanlılara qarşı törədilmiş qanlı soyqırımı hadisələri, cinayət əməlləri, işgəncələr barədə məlumatlandırıb və onların suallarını cavablandırıb.
Tehsil-press.az