Azərbaycan və Türkiyə məktəbliləri dostlaşırlar

Azərbaycan və Türkiyə məktəbliləri dostlaşırlar Azərbaycan və Türkiyə məktəbliləri dostlaşırlar.
Bakı şəhəri Nərimanov rayonundakı 47 nömrəli tam orta məktəbin 2C sinfinin şagirdləri Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin 2D sinif şagirdləri ilə ötən ilin dekabr ayından məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir.

Tehsil-press.az




Oxşar xəbərlər