Böyük Britaniyada koronavirus epidemiyasının pik həddinin yaxınlaşdığı ehtimal olunur.
Bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok “Sky News” telekanalında açıqlama verib. Bununla belə nazir bildirib ki, epidemiya ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğv olunması üçün hələ ki, tezdir.
“İndi məhdudlaşdırıcı tədbirlərin ləğvi haqda danışmaq üçün çox tezdir. İnsanlar pik həddə çatmağımıza baxmayaraq rəqəmlərin azalmadığını görə bilərlər” ,- deyə nazir bildirib.
Henkokun sözlərinə görə, təcrid rejimi yüngülləşdirilsə, ölkə dərhal normal həyata qayıda bilməyəcək. O qeyd edib ki, sosial məsafə qaydalarının tamamilə ləğvi üçün müəyyən vaxt lazımdır.
Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 98,476-ya çatıb, 12,868 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Tehsil-press.az