Memarlıq və İnşaat Universitetinin müəllimi beynəlxalq konfransa dəvət alıb

Memarlıq və İnşaat Universitetinin müəllimi beynəlxalq konfransa dəvət alıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Aynur Xudiyeva Fransada keçiriləcək 4-cü beynəlxalq Paris sosial elmlər konfransına dəvət alıb.
Gənc alimin göndərdiyi 2 məqalə qəbul olunub və beynəlxalq konfransın materiallarına daxil edilib. Koronavirus pandemiyası səbəbindən mövcud vəziyyətlə əlaqədar A.Xudiyeva aprelin 23-25-də keçiriləcək konfransa onlayn qatılacaq.
Qeyd edək ki, hər iki məqalə xüsusi impakt-faktorlu jurnalda dərc olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər