Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn tədris dərslərin 100 faizini təşkil edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn tədris dərslərin 100 faizini təşkil edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) martın 29-dan başlanan onlayn tədrisin əhatə dairəsi aprelin 3-dən magistratura pilləsində təhsil alan gənclərin də prosesə cəlb edilməsi tələbələrin ümumi sayının 85,5 faizini, dərslərin isə 100 faizini təşkil edib.
Digər tələbələrin də onlayn tədrisə cəlb edilməsi üzərində işlər davam etdirilir.
Xatırladaq ki, respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar bu ali təhsil ocağında E-tədris cədvəli tərtib olunub və martın 29-dan onlayn tədrisə start verilib.
ADNSU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına görə universitet üzrə bakalavr pilləsində əyani şöbədə I, II və III kursda təhsil alan 7777 nəfər, qiyabi şöbədə 317, ikinci ali təhsil üzrə 1091 nəfər, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 538 nəfər, magistratura pilləsində isə ümumilikdə 608 nəfər (I kurs magistrlar – 573 nəfər və TEMPUS proqramı üzrə - 35 nəfər) onlayn tədrisə cəlb olunub.
Qeyd edək ki, onlayn dərslər mühazirə və məşğələ, laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında aparılır.
ADNSU-da onlayn tədrisin təşkili ilə əlaqədar tələbələri maraqlandıran sualların cavablandırılmasını, mümkün problem və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub. (070) 493 45 57 telefon nömrəsi saat 08:30-dan 18:00-dək “qaynar xətt” rejimində işləyir.

Tehsil-press.az

Oxşar xəbərlər