Onlayn dərslərin nəticələri və yeni həllər müzakirə edilib

Onlayn dərslərin nəticələri və yeni həllər müzakirə edilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Dillər kafedrası”nın onlayn iclası keçirilib.
Onlayn iclasda Dillər kafedrası üzrə keçirilən fənnlərin distant platformaya inteqrasiyası, dərslərin nəticələri, daha da səmərəli keçirilməsi yolları və informasiya kommunikasiya texnologiyaları vasitəsilə yeni həllərin tətbiqi müzakirə edilib.
İclası açan kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, 2020-ci il dünya üçün sınaq ili olaraq başlayıb. Koronavirus (COVID-19) qlobal problemə çevrilərək dünyanı vahiməyə salıb. Koronavirus epidemiyası gündəlik həyatın ritmini dəyişib, yeni idarəetmə və münasibətlər sistemi formalaşdırıb. Bu virusun dünyada yayıldığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi çevik və doğru qərarlar, risklərin düzgün idarə edilməsi istiqamətində verdiyi qəti göstərişlər əhali arasında xəstəliyin geniş yayılmasının ciddi şəkildə qarşısını alır. Bununla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və onun çevik fəaliyyəti xəstəliklə mübarizədə daha hazırlıqlı mövqedə olmağımızı təmin edir.
Onlayn iclasda kafedra üzrə distant tədrisin gedişatı ilə bağlı məsələlər müzakirə edilib, “Microsoft Teams” və digər platformaların istifadə imkanları dəyərləndirilib. Eləcə də, onlayn dərslərin operativliyini təmin edilməsi, daha da keyfiyyətli, nəticəyönümlü olması üçün tövsiyələr verilib. Həmçinin kafedranın müəllimləri indiyədək keçirilən dərslərlə bağlı vəziyyəti məruzə ediblər.
İclasda Aydın Məmmədov, Məlahət Osmanova, Könül Abdurrəhimova, Tamella Hüseynova, Aynur Fərmanova, Solmaz İsmayılova, Məryam İsgəndərli, Gülsərən Ömərova, İradə Əsədova, Gülxanım İsmixanova, Günay Maqsudova, Zenfira Əhmədova, Nigar Gözəlova, Adilə Əsədova, Fidan Abdurrəhmanova, Nabat Həsənova, Aygün Rzayeva, Nərmin Sadıqova və başqaları çıxış edərək tələbələrlə onlayn platformalarda tədrisin əhəmiyyətini vurğulayıb, keçirilən dərslərdə tələbələrin daha da fəal iştirakını təmin etmək üçün həlləri müzakirə edib, gələcək dərslərin daha da səmərəli keçirilməsi yolları ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər