FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ XÜSUSİ KARANTİN REJİMİNDƏ GÖRDÜYÜ İŞLƏR HAQQINDA

FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ XÜSUSİ KARANTİN REJİMİNDƏ GÖRDÜYÜ İŞLƏR HAQQINDA Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri iş fəaliyyətlərinin eksperimetal hissəsini müvəqqəti dayandırıb. Həmin qərara əsasən, AMEA Fizika İnstitutunun kollektivi elmi fəaliyyətlərini sosial izolyasiya və xüsusi karantin rejiminin şərtlərinə əməl etməklə davam etdirirlər.
İnstitutun təhlükəsizlik sistemi yüksək səviyyədə təşkil olunmuş, pandemiya ilə əlaqədar olaraq İnstitutda dezinfeksiya işləri aparılmışdır.
Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Fizika İnstitutunun laboratoriya rəhbərləri, şöbə müdirləri, baş elmi işçilər və aparıcı elmi işçilərin könüllü müraciətlərini nəzərə alaraq elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov həm özünün, həm də onların biraylıq əməkhaqqının 15 faizinin Fonda köçürülməsi haqqında əmr imzalayıb.
Bundan başqa, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq martın 29-dan etibarən Akademiyanın magistrantları üçün başlanan distant tədris prosesinin İnstitutun professor-müəllim heyəti tərəfindən davam etdirilir.
İnstitutun elmi işçiləri tərəfindən 2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan elmi-tədqiqat işlərinin müəyyən hissəsi bu dövrdə yerinə yetirilib. Hazırda tədqiqatların nəticələri əsasında məqalələr yazılmış, həmin məqalələr yüksək impafaktorlu jurnallarda çapa təqdim olunmuşdur.

Tehsil-press.az


Oxşar xəbərlər