Kiminsə canına and içmək olarmı?

Kiminsə canına and içmək olarmı? Kiminsə canına and içmək olarmı? Başqası adamı əzizlərinin canına and verirsə, buna əməl etmək vacibdirmi?
Dinimizə görə, and yalnız Allahın adına içilə bilər və yalnız bu halda etibarlı sayılır. Başqa istənilən dəyərə and içmək dini cəhətdən insanın boynuna vəzifə gətirmir. Hətta Qurana, peyğəmbərə, çörəyə, kiminsə canına and içilsə də, bunun heç bir dini hüquqi yükü yoxdur. Bununla belə, müqəddəs dəyərlərə içilən anda məsuliyyətlə yanaşmaq məsləhətdir, çünki insanların gözündə bu and müqəddəs sayılır. Allahın adına içilən anda əməl etmək lazımdır, əməl edilməsə, insanın öhdəsinə kəffarə (cərimə) gələr. Başqa şeylərə içilən and pozularsa, cəriməsi yoxdur. Başqasının and verdiyi hallara gəlincə, bu anda əməl etmək də vacib deyil. Amma bu barədə həmin adamı məlumatlandırmaq tələb olunmur, çünki o, öz andını dəyərli bilir, andın pozulduğunu bilərsə, özünü təhqir edilmiş və aldadılmış sayar.

Tehsil-press.az

Oxşar xəbərlər