İranda güclü zəlzələ - 1 ölü, 11 yaralı + Yenilənib + Video

İranda güclü zəlzələ - 1 ölü, 11 yaralı + Yenilənib + Video İranda 5,1 bal gücündə zəlzələ olub.
Zəlzələ Tehran və Mazandaran əyalətlərində baş verib.
Təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat olmadığı bildirilir.
**
Hadisə nəticəsində azı 1 nəfər həyatını itirib və 6 nəfər yaralanıb. Bu barədə “İRİB” teleradio kompaniyası xəbər verib.
Qeyd edilir ki, ölən şəxs Dəmavənd rayonunda başından yaralanan 60 yaşlı sakindir.
**
İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 11-ə yüksəlib. Bu barədə İranın Təcili Yardım Təşkilatının başçısı Pirhüseyn Kulivand bildirib.
Onun sözlərinə görə, həmin şəxslər evlərindən qaçarkən xəsarət alıblar.



Tehsil-press.az

Oxşar xəbərlər