Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə “Cybernetics” şirkətinin həmtəsisçisi və Kibertəhlükəsizlik şöbəsinin müdiri, “Barama pre-akselerasiya” proqramının mentoru, AzTU-nun məzunu Sefa Bakanın təqdimatında “Cəmiyyətin kritik sektorlarını kiber-sosial təlim sistemlərinə çevirmək” mövzusunda onlayn vorkşop keçirilib.
Vorkşopda kompüter sistemlərinin təminatı, nəqliyyat, rabitə, enerji, müdafiə və maliyyə sektorlarının kibertəhlükəsizliyi barədə məlumat verilib.
İki saat davam edən vorkşopda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Hər bir iştirakçıya “Kibercinayətkarlıq haqqında” konvensiyaya aid elektron resurslar göndərilib.
Tehsil-press.az