Şimali Koreyanın dövlət başçısı Kim Çen In artıq 12 gündür ictimaiyyət arasına çıxmır və bəyanat vermir.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen qeyd edib ki, "bəlkə o, həqiqətən fabriklərdə lentləri kəsir, lakin biz bu fotoşəkillərin həqiqiliyini yoxlaya bilməyəcəyik".
Xatırladaq ki, daha əvvəl, mayın 2-də Kim Çen Inın iştirakı ilə keçən zavod açılışından fotolar yayımlanmışdı. Qırmızı lenti kəsən dövlət başçısı sağlam görünürdü. Buna qədər o, aprelin 15-dən ictimaiyyət qarşısına çıxmırdı və bu, KİV-də onun ağır xəstəlikdən əziyyət çəkməsi və ya vəfat etməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olmuşdu.
Tehsil-press.az