Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dördüncü məzun-karyera sərgisi açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dördüncü məzun-karyera sərgisi açılıb Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dördüncü məzun-karyera sərgisi açılıb.
Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı ölkəmizdə gənclərə və onların təhsilinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib.
Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor rəhbərlik etdiyi ali məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Ali məktəblərlə sənaye müəssisələri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayan professor M. Babanlı bildirib ki, universitetdə yeni tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.
Rektor, eyni zamanda, karyera sərgisinin məzunların özlərinə münasib iş yeri seçmələrində rolunu diqqətə çatdırıb.
Sərgidə 78 şirkət ümumilikdə 562 vakant iş yeri təklif edib. “SOCAR”, “Bank of Baku” ASC, Socar AQS, “Rabitəbank” ASC, Gilan Holdinq, “Azərenerji” ASC, “Azərtexnolayn” MMC, “Azərsu” ASC və digər şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə məzunlara ətraflı məlumat veriblər.

Hüseyn Şərifov


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dördüncü məzun-karyera sərgisi açılıbAzərbaycan Dövlət Neft və Sənaye Universitetində dördüncü məzun-karyera sərgisi açılıb

Oxşar xəbərlər