Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, Pakistan İslam Respublikasının İslamabad COMSATS Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan fizika-riyaziyyat elmləri doktoru, professor Mais Süleymanov BDU-nun tələbələri üçün “Dünyanın müasir fiziki təsviri” mövzusunda ilk onlayn ustad dərsi verib.
Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev görüşün keçirilmə məqsədi barədə məlumat verərək COMSATS İnformasiya Texnologiyaları İnstitutunun tədqiqatda məhsuldarlığa görə müxtəlif diplomları ilə təltif olunan, 250-dən artıq elmi işin, impakt faktorlu jurnallarda 150-dən çox elmi məqalənin müəllifi olan Mais Süleymanova uğurlar arzulayıb.
“Dünyanın müasir fiziki təsviri” mövzusunda ustad dərsi verən professor Mais Süleymanov vurğulayıb ki, müasir fizika və təbiətşünaslığın bütün problemlərindən ən vacibi - zərrəciklərin rəngərəngliyi önündə “elementarlığın meyarı nədir?” sualına cavab tapmaqdır. Bu problem materiya quruluşunun ən sadə, bəsit hissəciklərinin, “dünya evinin” ilkin kərpiclərinin müəyyənləşdirilməsi və öyrənilməsindən ibarətdir. M.Süleymanov qeyd edib ki, elementarlıq haqqında ilk ideyalar bizim eradan əvvəl Qədim Çin və Qədim Hind təlimlərində meydana gəlmiş, Qədim Yunan filosoflarının təlimlərində daha da inkişaf etdirilib. Məruzədə elmin inkişafı nəticəsində dünyanın fiziki təsvirində baş verən dəyişmələr, bu təsvirə aid antik dövr və müasir elmdə mövcud yanaşmaların müqayisəli təhlili aparılıb və göstərilib ki, zərrəciklərin bir yerdə yaşama qaydaları onların dörd növ qarşılıqlı təsirlərilə - elektromaqnit, güclü, zəif və qravitasiya qarşılıqlı təsiri ilə təyin olunur. Zərrəciklərin qurulduğu “kərpicciklər” və mikroaləmin obyektlərinin “yapışqanları” olan qarşılıqlı təsir kvantları fundamental zərrəciklərin kiçik bir qrupunu əmələ gətirir: bunlar kvarklar, leptonlar və aralıq zərrəciklərdir. Məruzəçi həmçinin CERN-də quraşdırılmış Böyük Adron Kollayderi və orada qoyulan təcrübələr haqda da məlumat verib. Məruzədə fundamental zərrəciklərin və qarşılıqlı təsirlərinin vahid nəzəriyyəsi olan Standart Modeldən, onun uğurlarından və çatışmazlıqlarından danışan M. Süleymanov əlavə edib ki, hazırda müasir təbiətşünaslığın qarşısında üç böyük sual var:
· Dünya necə yaranıb?
· Kütlənin mənşəyi nədir?
· Antimaddə niyə müşahidə olunmur?
Ustad dərsini 100-dən çox iştirakçı dinləyib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan və qarşılıqlı diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az