Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi təşkil olunub

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi təşkil olunub Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə təhsil alan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ustad dərsi təşkil olunub.
Ustad dərsinin təşkilində məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrdə praktik bacarıqları da inkişaf etdirməkdir. Tələbələrə ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, İslam Kulinariya Çempionatının qalibi Arzu Həsənova və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu Nailə Kərimova keçiblər.

Tehsil-press.az

Oxşar xəbərlər