Rusiyada koronavirusa yoluxan jurnalistlərin sayı açıqlandı

Rusiyada koronavirusa yoluxan jurnalistlərin sayı açıqlandı Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin koronavirusa yoluxmuş rusiyalı jurnalistlərin sayını açıqlayıb.
Onun sözlərinə görə, Rusiyada 500 KİV nümayəndəsində COVID-19 aşkarlanıb. Onlardan 5-i dünyasını dəyişib.
Ən son məlumatlara əsasən, Rusiyada 423,7 min koronavirusa yoluxma halı qeydə alınıb, 5 037 pasiyent vəfat edib.
Bununla yanaşı, xəstəlikdən sağalanların sayı 186,9 minə yüksəlib.

Tehsil-press.az

Oxşar xəbərlər